- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Latviya paytaxtı Riqada “Baltik open-2015” döyüş növlərinin olimpiadası keçirilib. Allsport.az saytı xəbər verir ki. bu yarışda Azərbaycan kempoçuları, “Toğrul”İK da idmançıları sərbəst döyüş, MMA və K-1 idman növlərində qüvvələrini sınayıblar. Bizdən Musa Abdullayev və Elsəvər Puri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Digər idmançılarımız Arzu Eyvazova, Murad Nəsirov, Nəvai Əlizadə və Anar Əsgərov ikinci yeri tutublar. Azərbaycan komandasının rəhbəri Vasif Namazov Beynəlxalq Döyüş Növləri Olimpiadası Komitəsi tərəfindən ən yaxşı komanda heyəti üçün təsis edilmiş diplom və medalla təltif olunub.
Azərbaycan Respublikasının Latviyadakı səfiri Elman Zeynalov yarışlardan sonra idmançılarla görüşüb və onları qazandıqları nailiyyət münasibətilə təbrik edib.