Baqali Dabonun həyat yoldaşı da “Neftçi”dən narazıdır

“Neftçi”nin hücumçusu Baqali Dabo durumundan narazıdır. Allsport.az saytı xəbər verir ki, bunu onun həyat yoldaşının sosial şəbəkədə paylaşımından görmək mümkündür.

“Neftçi”nin dünən “Sabah”la 1:1-lik heç-heçə etdiyi matçda futbolçu meydana çıxmayıb. Zədəsini sağaltdıqdan sonra Avropa liqasında “Bney Yəhuda”ya qarşı matçında oynayan forvard hazırda ehtiyatdadır.

Onun xanımın paylaşımında bu yazılıb: “Keçən il bu komandada ən çox kimin qol vurduğunu bilirik. Əhsən sənə. Bu nə birinci, nə sonuncu dəfədir. Biz bilirik ki, ən yaxşı sənsən. Şansı başqalarına buraxaq. Heç nə olmaz, öyrəşirik”.

Həmin kateqoriyadan