“Barselona” 250 milyondan imtina edib

“Barselona”nın prezidenti Joan Laporta PSJ-nin gənc ulduz Lamin Yamal üçün astronomik məbləğ təklif etdiyini, lakin bu təklifin dərhal rədd edildiyini açıqlayıb.

Allsport.az xəbər verir ki, Laporta bu maraqlı faktı “Jijantes FC” platformasına müsahibəsində səsləndirib: “İki il əvvəl PSJ Lamin Yamal üçün bizə 250 milyon avro təklif etmişdi. Biz imtina etdik. Həmin vaxt onun cəmi 17 yaşı var idi və bəziləri bu qərarımıza görə bizim dəli olduğumuzu düşünürdü!”

Lamin Yamal 2023-cü ilin aprelində, 15 yaş 290 günlüyündə “Barselona”nın əsas heyətində debüt edərək klub tarixinə düşüb. Hazırda 18 yaşı olan istedadlı vinger cari mövsümdə bütün turnirlərdə keçirdiyi 33 matçda 15 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan