- Baxış sayı: 37
- 14 Aprel 2026 15:15
- Baxış sayı: 44
- Aprel 14, 2026
- 0

“Mançester Yunayted”in müdafiəçisi Leni Yoro sürət həddini ciddi şəkildə aşdığı üçün sürücülük hüququndan altı ay müddətinə məhrum edilib.
Allsport.az xəbər verir ki, 20 yaşlı fransalı futbolçu həmçinin ümumilikdə 1000 funt-sterlinqdən çox cərimə və məhkəmə xərcləri ödəməli olacaq.
Hadisə ötən ilin avqustunda Mançester ətrafında baş verib. Gənc müdafiəçi yaşayış binalarının və məktəbin yaxınlığında sürət həddinin 48 km/saat olduğu yolda “Porsche Cayenne GTS” markalı avtomobili ilə 112 km/saat sürətlə hərəkət edib. Futbolçu günahını etiraf edərək dostunu dəmir yolu vağzalına çatdırmaq üçün tələsdiyini bildirib və cəzadan apellyasiya şikayəti verməyəcəyini qeyd edib.