- Baxış sayı: 56
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

UEFA “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestiannini irqçilik ittihamı ilə bağlı davam edən araşdırma çərçivəsində müvəqqəti cəzalandırıb.
Allsport.az xəbər verir ki, argentinalı futbolçu çempionlar liqasının pley-off mərhələsində “Real Madrid”in vingeri Vinisius Juniora qarşı ayrı-seçkilik xarakterli davranışda şübhəli bilinir.
Qərara əsasən, Prestianni UEFA-nın növbəti klub oyununu buraxmalı olacaq. Qurum bu addımın intizam reqlamentinin 14-cü maddəsinin pozulması ilə əlaqədar atıldığını və araşdırmanın yekun nəticəsindən asılı olaraq daha ağır cəzanın verilə biləcəyini bəyan edib.