- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 134
- Sentyabr 23, 2026
- 0

“Yuventus” amerikalı yarımmüdafiəçisi Ueston Makkenni ilə yeni müqavilə imzalamağa yaxındır.
Allsport.az xəbər verir ki, tərəflər sövdələşmənin demək olar ki, bütün detallarını razılaşdırıblar.
Turin təmsilçisi 27 yaşlı futbolçu ilə müqavilənin uzadıldığını yaxın vaxtlarda rəsmən elan edəcək. Makkenninin hazırkı sözləşməsi 2026-cı ilin yayında başa çatır. “Transfermarkt” portalı oyunçunun bazar dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.