“Barselona” bizdən daha yaxşı qol fürsətləri əldə etdi”

“Bavariya”nın hücumçusu Tomas Müller çempionlar liqasının liqa mərhələsində “Barselona”ya məğlubiyyətdən (1:4) sonra fikirlərini bildirib.

Allsport.az xəbər verir ki, 35 yaşlı futbolçu oyun haqda bunları deyib:
“Əlbəttə ki, yaxşı nəticə deyil. Biz bura qalib gəlmək üçün gəlmişdik, lakin 1:4 hesabı ilə uduzduq. Ola bilsin ki, sonda hesaba görə həvəsimiz qalmamışdı. Oyunu təhlil etdikdə görərik ki, “Barselona” bizdən daha yaxşı qol fürsətləri əldə etdi.
Rəqibə hörmət etməliyik, onlar yaxşı komandadır. Rafinya, demək olar ki, mükəmməl bir axşam keçirdi.”

Həmin kateqoriyadan