- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Barselona” klubu “Real Sosyedad”ın qapıçısı Aleks Remironu heyətinə qatmaqda maraqlıdır.
Allsport.az xəbər verir ki, kataloniyalılar 30 yaşlı futbolçunu əsas qapıçı Joan Qarsiyaya rəqib kimi görürlər.
Aleksin müqaviləsi 2027-ci ildə başa çatdığı üçün “Barselona” onu yayda 10 milyon avrodan aşağı məbləğə transfer etməyi planlaşdırır. Remironun özü də rəqabətdən çəkinmədiyini və bu keçidə müsbət yanaşdığını bildirib.