- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Barselona”nın mətbuat xidməti hücumameyilli yarımmüdafiəçisi Fermin Lopesin sağ ayağının baldır əzələsindən xəsarət aldığını açıqlayıb.
Allsport.az xəbər verir ki, 22 yaşlı futbolçu çempionlar liqasının 5-ci turunda “Çelsi” ilə matçın (0:3) 62-ci dəqiqəsində əvəzlənmişdi.
Lopesin bərpa müddəti iki həftə olacaq.
Fermin cari mövsümdə 13 oyunda iştirak edib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.