“Barselona”da qalmaq üçün maaşının azaldılmasına razıdır

“Barselona”nın polşalı hücumçusu Robert Levandovski karyerasını Kataloniya klubunda davam etdirmək niyyətindədir.

Allsport.az xəbər verir ki, müqaviləsi mövsümün sonunda başa çatacaq 37 yaşlı forvardın adı Səudiyyə Ərəbistanı, MLS və Türkiyə klubları ilə hallansa da, o, İspaniyada qalmağa üstünlük verir. Təcrübəli oyunçu “Barsa”da qalmaq üçün həm maaşının ciddi şəkildə azaldılmasına, həm də komandada ikinci dərəcəli rol almağa hazırdır.

Klubun yenidən prezidenti seçilən Xuan Laporta da Levandovskinin komandada qalmasında maraqlıdır. Yaxın vaxtlarda futbolçunun agenti Pini Zahavi ilə rəhbərlik arasında yekun danışıqlar aparılacaq. Bununla belə, “Barselona” yayda heyətə yeni və yüksək səviyyəli mərkəz hücumçusu cəlb etmək planlarından vaz keçməyib.

Həmin kateqoriyadan