- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Barselona”nın hücumçusu Rafinya zədə səbəbindən təxminən bir ay müddətinə sıradan çıxıb.
Allsport.az xəbər verir ki, braziliyalı futbolçunun budunun arxa səthindəki zədəsi təkrarlanıb. Rafinya sentyabrın 25-dən bəri zədə səbəbindən meydanlara çıxmır.
Beləliklə, o, la liqada “Real Madrid”, “Elçe” və “Selta” ilə oyunları, həmçinin çempionlar liqasında “Brügge” ilə matçı buraxacaq.