”Barselona”nın borcu var

“Barselona” transfer borclarını ödəməyə davam edir.

Allsport.az xəbər verir ki, Kataloniya klubunun bir neçə komandaya ümumilikdə 159 milyon avro borcu var. Bu məbləğin 140 milyon avrosu gələn il ərzində ödənilməlidir.

Maliyyə sənədlərinə görə, “Barselona”nın hələ də borcu var:

Rafinha üçün “Lids”ə 41,9 milyon avro;

Robert Levandovski üçün “Bavariya”ya 20 milyon avro;

Jül Kunde üçün “Sevilya”ya 24,5 milyon avro;

Ferran Torres üçün “Mançester Siti”yə 13,3 milyon avro;

Emerson Royal üçün “Real Betis”ə 8 milyon avro.

Digər klubların “Barselona”ya ümumilikdə 64,1 milyon avro borcu var.

Həmin kateqoriyadan