- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirir. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi bir zamanlar “Barselona”da çıxış etmiş Xuan Kamaranı heyətinə cəlb edir.
Klubun rəsmi Feysbuk səhifəsi “Sabaha saxladıq” başlıqlı paylaşımı ilə transferə işarə edib.
27 yaşlı yarımmüdafiəçi müqavilə ilə Polşanın “Yaqelloniya” klubuna məxsusdur. O, son mövsümü icarə əsasında Rumıniyanın “Universtatya Krayova” klubunda keçirib.
Kamara “Vilyarreal”ın yetirməsidir. 2016-cı ildə “Barselona”ya keçən vinger Kataloniya təmsilçisinin “B” komandasında 61 oyunda 12 qol vurub. O, “Barsa”nın əsas komandasında 3 qarşılaşmada meydana çıxıb.