- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Barselona” qış transfer pəncərəsi zamanı mərkəz müdafiəsi xəttini gücləndirmək niyyətindədir.
Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisi “A” seriyasından üç namizədi nəzərdən keçirir. Siyahıda “İnter”dən Stefan de Vrey, “Milan”da çıxış edən Koni de Vinter və “Napoli”nin müdafiəçisi Juan Jezus yer alıb.
Baş məşqçi Hans-Diter Flikin bu addımı atmasına səbəb müdafiə xəttindəki ciddi itkilərdir. Andreas Kristensenin diz çarpaz bağlarının qırılması səbəbindən uzun müddətə sıradan çıxması və Ronald Arauxonun komandadakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik mərkəz müdafiəçisi qıtlığı yaradıb.