“Barselona”nın yeni “yatızdıran”ı – FOTO

Hans-Diter Flik “Barselona”da futbolçuların fiziki bərpasını sürətləndirmək üçün heyətə yuxu mütəxəssisi Anna Vesti cəlb edib.

Allsport.az xəbər verirr ki, daha əvvəl “Arsenal” və “Milan”la çalışmış mütəxəssis Lamin Yamal, Dani Olmo və Fermin Lopes kimi gənc ulduzların yuxu rejiminə nəzarət edəcək.

Anna Vestin araşdırmalarına görə, elit idmançıların 50 faizi yuxu problemlərindən əziyyət çəkir. Xüsusilə gecə saatlarında keçirilən oyunlar və Lamin Yamal kimi gənclərin yatmazdan əvvəl telefondan asılılığı bərpa prosesini ləngidir. Yeni metodika sayəsində futbolçuların sirkad ritmləri elmi əsaslarla tənzimlənəcək və bu, sahədəki performansa birbaşa təsir göstərəcək.

Həmin kateqoriyadan