- Baxış sayı: 179
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 179
- Dekabr 05, 2025
- 0

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla 3-illik müqavilə bağlanıb.
“Barselona” futbol akademiyasının yetirməsi olan Sebalyos, karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/16), Portuqaliyanın “Aroka” (2013/14), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Əl-Vəkra” (2019-2021) və “Qətər” (2020/21) klublarında mübarizə aparıb.
O, 11 nömrəli geyimdə çıxış edəcək.