- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Neftçi” premyer liqanın VII turunda səfərdə “Zirə” ilə 2:2 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abbasov görüş barədə fikrini açıqlayıb:
“Futbolçularımla, komandamla qürur duyuram. Düzdür, oyuna yaxşı başlaya bilmədik, “Zirə” çətin və sərt rəqib idi. Buna baxmayaraq, rahat idim ki, hər an həm hesabı bərabərləşdirə, həm də oyunu çevirə bilərik. Futbolçularım bunu bacardılar. Onların göstərdiyi bu əzmkarlığa və “Neftçi” ruhunu qaytardıqlarına görə alınlarından öpürəm.
Nəticə və qazanılan xal bir yana, futbolçularımdan çox razıyam. Bu qədər əzmkarlıq və ruh “Neftçi”də çoxdandır yox idi. Lakin görünən odur ki, meydanda mübarizəni təkcə rəqibə qarşı aparmırıq. Futbolçuları bu istiqamətdə də kökləyib oyuna çıxarmalıyıq. Hakimlər görünməyən VAR-dan penalti çıxardılar.
Həmin epizoda görə VAR-a baxılanda dördüncü hakimə dedim ki, baş hakimə de, Alessionun epizoduna da baxsın, dedi, yaxşı, deyirəm, amma sonra baş hakimdən soruşuram ki, Alessionun epizoduna niyə baxmadın, dedi ki, o epizodu mənə demədilər deyə, baxmadım”.