- Baxış sayı: 47
- 06 Mart 2026 22:52
- Baxış sayı: 259
- Mart 05, 2026
- 0

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub. Allsport.az saytı xəbər verir ki, o, FİFA-nın Parisdə yerləşən idarəsində görüşlər keçirib.
Tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional əlaqələndirici Marion Gavat, həmçinin FİFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.
Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.
Eyni zamanda baş katibə FİFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.