Baş məşqçi hazırlıq barədə

“İyunun 13-dən Qazax olimpiya idman kompleksində toplanışındayıq. Hazırlıqlarda iştirak edən məşqçi və idmançı heyəti birgə 28 nəfərdir. Əsasən ümumi-fiziki edirik. Bu gün Qazaxdakı hazırlığımızı başa vuracağıq”.

Allsport.az saytı xəbər verir ki, bunu kikboks millisinin baş məşqçisi Elşən Abdulrəhimov deyib. Onun sözünə görə, Konya-2021 İslam oyunlarınadək Bakıda və Balakəndə də hazırlıq keçəcəklər:

“İyulun 3-dən Bakıda hazırlıqlara başlayacağıq. Bu məşqlər Bakı Olimpiya Stadionunun kikboksinq zalında olacaq. Burada artıq taktiki və texniki məşqlərə üstünlük verəcəyik. Daha sonra Balakəndə iyulun 15-dən 20 gün olmaqla məşqlər keçəcəyik.

İslam həmrəyliyi oyunları üçün Türkiyəyə avqustun 13-ü və ya 14-ü çıxacağıq. Çünki bizim yarışlar İslamiadanın son günlərində baş tutacaq”.

İslam oyunları 9-18 avqustda baş tutacaq. Kikboks yarışları Səlçuqlu bələdiyəsi beynəlxalq idman zalında keçiriləcək. Bu idman növü üzrə mübarizə 16-18 avqustda baş tutacaq.

Həmin kateqoriyadan