- Baxış sayı: 37
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 121
- Noyabr 28, 2024
- 0
Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç “Krasnodar”la keçirdikləri yoxlama oyunundan (1:1) sonra açıqlama verib. Allsport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis komandanın yeganə qolunu vuran azərbaycanlı futbolçu Mahir Əmrəli haqqında danışıb:
“Düşünürəm ki, Mahir Əmrəli ikinci hücumçu ilə 3-5-2 sxemində daha yaxşı çıxış edir. Oyun vaxtı mənə yaxınlaşdı və nadir hallarda top ona gəldiyi üçün arxaya qayıda biləcəyini söylədi. Mahir futbol oynamağı və görüşdə qol vəziyyətləri yaratmağı sevir. Amma əsas ön xətt oyunçumuz kimi geri çəkilsə, irəlidə heç kim qalmayacaq. O, özündən daha öndə olan forvardla birgə çıxış edə bilər. Bunun həlli yollarını axtarmalıyıq. Əmrəli o zaman rahat oynayacaq. Düşünürəm ki, bu, ona daha çox qol vurmağa və yaxşı epizodlar yaratmağa köməklik edəcək”.
“Legiya” daha əvvəl Avstriyanın “Bişofshofen” klubunu 5:0 hesabı ilə məğlub edib. 60 dəqiqə meydanda olan Mahir Əmrəli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.