Baş məşqçi vəzifəyə təyin edildi

On iki il ərzində üzgüçülük üzrə milli komandamızın baş məşqçisi olmuş, bir sıra müvəffəqiyyətlər qazanmış təcrübəli mütəxəssis Rəşad Əbdürəhmanov vəzifəsindən ayrılaraq, fəaliyyətini Azərbaycan üzgüçülük federasiyasında müşavir kimi davam etdirəcək.

Allsport.az xəbər verir ki, Azərbaycan idman akademiyasının professoru olan Rəşad Əbdürəhmanov həm istedadlı gənclərin aşkarlanmasına, həm milli komandanın inkişafına, eləcə də müxtəlif yaşlı üzgüçülərimiz tərəfindən beynəlxalq arenada qazanılmış uğurlara böyük töhfə verib.

Həmin kateqoriyadan