- Baxış sayı: 18
- 25 Fevral 2026 01:50
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

Norveçin “Budo/Qlimt” klubunun baş məşqçisi Kyetil Knutsen çempionlar liqasının cavab oyunu öncəsi “İnter”in süni örtüklü meydança ilə bağlı şikayətlərinə kəskin cavab verib.
Allsport.az xəbər verir ki, Norveçdəki ilk matçda 3:1 hesablı məğlubiyyətlə üzləşən və ulduz hücumçusu Lautaro Martinesi zədə səbəbindən itirən Milan təmsilçisi uğursuzluğu qazona bağlamışdı.
Knutsen isə “Mançester Siti”nin belə bir bəhanə gətirmədiyini xatırladaraq, futbolla əlaqəsi olmayan mövzulardan danışmağın mənasız olduğunu vurğulayıb.
Bu gün Milanda keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.