- Baxış sayı: 38
- 31 Mart 2026 18:11
- Baxış sayı: 784
- Mart 30, 2026
- 0

28-31 martda Azərbaycan basketbol liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turunun oyunları baş tutub.
Allsport.az xəbər verir ki, “A” və “B” qruplarında keçirilmiş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.
“A“ qrupu
“Şəki” – “Gəncə” (73:84)
“Neftçi” – NTD (93:83)
“Sabah” – “Abşeron Lions” (105:72)
“B” qrupu
“Quba” – “Naxçıvan” (96:103)
“Sərhədçi” – “Sumqayıt” (93:89)
“Ordu” – “Lənkəran” (107:65)
Reqlamentə əsasən müntəzəm çempionatı “A” qrupunda ilk üç sırada bitirmiş “Sabah”, “Abşeron Lions”, “Neftçi” klubları və “B” qrupunun birincisi “Ordu” klubu birbaşa olaraq play-off’a (1/4 final) vəsiqəni təmin ediblər. 1/8 final mərhələsində isə, “Naxçıvan” – “Sərhədçi”, “Gəncə” – “Lənkəran”, “Quba” – “Şəki”, “Sumqayıt” – NTD oyunları baş tutacaq. 1/8 final seriyalarında ən tez iki qələbə qazanmış komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Oyunlar apreldə start götürəcək.