- Baxış sayı: 50
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 millilərimiz 17 iyun tarixindən etibarən Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start veriblər.
Baş məşqçi Tahir Baxşıyev və onun köməkçisi Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız, qarşıdan gələn Avropa çempionatı öncəsi mütəmadi şəkildə məşqlərini davam etdirir və yoxlama oyunlarında güclərini sınaqdan keçirirlər.
İstanbuldakı ilk sınaq oyununda yerli “İstanbul Atletiks” komandası ilə qarşılaşan U-18 yığmamız rəqibi üzərində 90:63 hesablı qələbəyə sevinib.
Millilərimizin hazırlıq prosesi 23 iyun tarixinə qədər davam edəcək.