“Bavariya” fürsət gözləyir

“Bavariya” klubu “Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Fil Fodeni heyətinə qatmaq istəyir.

Allsport.az xəbər verir ki, Münhen təmsilçisi artıq 25 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. “Mançester Siti” isə “Bavariya”nın marağından xəbərdardır və öz yetirməsini komandada saxlamaq üçün bütün imkanlarını səfərbər edib. İngiltərə klubu artıq Fodenlə yeni müqavilə üzrə danışıqları aktivləşdirib.

Məlumata görə, Foden Mançesterdə qalmağın əleyhinə deyil, lakin o, mövcud müqavilə şərtlərinin yaxşılaşdırılmasını tələb edir. “Şəhərlilər”in rəhbərliyinin ulduz futbolçunu itirməmək üçün onun tələblərini yerinə yetirəcəyi gözlənilir.

Fil Foden cari mövsümdə “Mançester Siti”nin heyətində çıxdığı 41 matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Həmin kateqoriyadan