- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 275
- Mart 22, 2026
- 0

Avropa liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Bayer-04” – “Qarabağ” matçının hakimləri bəlli olub.
Allsport.az xəbər verir ki, martın 14-də keçiriləcək görüşü ingiltərəli Entoni Teylor idarə edəcək.
Ona həmyerliləri Qari Besvik və Adam Nun kömək edəcəklər. Leverkuzendəki görüşün 4-cü hakimi Endryu Medli olacaq.
Qarşılaşmada Stüart Atvel VAR, Carred Qavan Gillet (Avstriya) AVAR funksiyasını yerinə yetirəcək.