- Baxış sayı: 60
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Topaz Premyer Liqasının 34-cü turu 2 qapıçı üçün yubileylə əlamətdar olub. Allsport.az xəbər verir ki, “Qarabağ”ın Bosniya və Herseqovinadan olan qolkiperi İbrahim Şehiç 50-ci çempionat matçını keçirib.
Ötən mövsüm 22 oyunda 12 top buraxan Şehiç cari çempionatın 28 qarşılaşmasında 23 qola üzülüb.
Onun AZAL-dan olan həmkarı Kamal Bayramov isə Premyer Liqada 100-cü oyununu keçirib. 151 top buraxan qapıçı bu matçlardan 5-ni (3 qol buraxıb) AZAL-da keçirib.