- Baxış sayı: 431
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Olimpiya millimizdə bayraqdar sindromu davam edir. Allsport.az saytının məlumatına görə, Tokio-2020-də keçiddə komandanın başında olan cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova bu gün xalça üzərinə çıxıblar. Təəssüf ki, titullu idmançılarımız – medala ümidlilərimiz etimadı doğrultmayıblar. Tarixin acı təsəllisi, 3-cü yarış günündə ən böyük nəticəmizin adı ilk çəkilən kapitanın 5-ci yer tutmasıdır.
İndiyədək bayraqdar kimi müstəqil Azərbaycanı yalnız Namiq Abdullayev doğruldub. Sərbəst güləşçimiz Sidney-2000-də baş mükafata yiyələnib. Ondan öncə, Atlanta-1996-da cüdoçu Nazim Hüseynov, sonra Afina-2004-də ağırlıqqaldıran Nizami Paşayev, Pekin-2008-də yunan-Roma güləşçisi Fərid Mansurov, London-2012-də cüdoçu Elnur Məmmədli və Rio-2016-da boksçu Teymur Məmmədov öndər olaraq nəinki qızıl, heç fəxri kürsüyə yaxınlaşa bilməyiblər.