Bayraqdarda baxışda olan qapıçı Robert Prosineçkinin həmyerlisidir

“Neftçi”nin yeni qapıçısının kimliyi bəlli olub. Allsport.az saytı xəbər verir ki, paytaxt klubunun hazırda Türkiyə toplanışında yoxladığı qolkiper xorvatiyalı Krşevan Santinidir. 29 yaşlı qolkiperin son klubu Kipr “Enosis”i olub.

Baş məşqçi Vəli Qasımov bu gün onu afrikalı futbolçulardan qurulmuş “SİBM Traning Center” komandası ilə oyunda sınaqdan keçirəcək və özünü doğruldacağı halda, xorvat qapıçıya müqavilə təklif olunacaq.

Həmin kateqoriyadan