- Baxış sayı: 62
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 155
- Dekabr 05, 2025
- 0

Avropa Liqasında 1-ci mərhələnin oyunlarının başlanma saatı açıqlanıb. Allsport.az xəbər verir ki, “Neftçi”nin Maltanın “Baltsan” klubu ilə hər 2 görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. İlk oyun iyunun 30-da “Hibernians” stadionunda, cavab matçı isə iyulun 7-də “Bakcell Arena”da olacaq.
Bu komandalar arasında baş tutacaq ilk oyunun hakimləri də müəyyənləşib. “Baltsan” – “Neftçi” matçının baş hakimi çernoqoriyalı Yovan Kaludyeroviç olacaq. Ona həmyerliləri – Daniel Deviç və Vladan Todoroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mileta Şçepanoviç yerinə yetirəcək.
UEFA nümayəndəsi Miçal Mertinyak (Slovakiya), hakim-inspektor isə Vaslav Krondl (Çex Respublikası) olacaq.