“Bazar ertəsi məşqlərə qayıdıram”

Rafael Nadal hələ karyerasının gələcəyi ilə bağlı qərar verməyib.

Allsport.az xəbər verir ki, bu barədə o, “el desmarque”yə açıqlama verib:

“Tətildə daha yaxşı dincəlmək üçün bu mövzu haqqında düşünməməyə çalışıram. Bazar ertəsi məşqlərə qayıdıram. Bir neçə həftə sonra Laver kubokum var, amma hər şeyin öz vaxtı var. Mən bu və ya digər qərarı verməyə tələsmirəm, qəbul edəndə də hamı ilə bölüşəcəm. Bütün günü nə vaxt təqaüdə çıxacağımı düşünməklə keçirə bilmirəm, öz həyatımı yaşayıram və qərar verəndə siz bundan xəbər tutacaqsınız”.

Həmin kateqoriyadan