- Baxış sayı: 25
- 13 Mart 2025 22:47
- Baxış sayı: 46
- Mart 13, 2025
- 0
Bu gün “Kəpəz” premyer liqanın 30-cu turunda Qəbələdə “Turan Tovuz”a 1:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov bunu dedi:
“Sırf nəticə üçün meydana çıxmışdıq. Uğur zolağındayıq. Bunu davam etdirmək lazım idi. Yenidən öz meydanımızda oynamırıq. Ot örtüyünü durumu bəllidir. Təəssüf ki, bu, işimizə təsir edir.
Matçdan sonrakı hadisəyə gəlincə, belə qalmaqallı hadisələr futbola rəng qatır. Bu məsələdə komanda üzvlərini qınamıram. Həmişə çətin şəraitdə işləmişəm.
Başqasının kədərinə sevinənlərdən deyiləm. Başımı aşağı salıb Gəncə futbolunu yüksəltməyi hədəfləmişik. Təzyiqlərin olacağını öncədən bilirdim”.
Kamran HACI, Qəbələ