“Belə davam etsək, daha yaxşı ola bilərik”

Azərbaycan komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Krakovda Ukrayna yığması ilə keçirilən oyundan (1:2) sonra mətbuat konfransında iştirak edib. 

Allsport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis görüşlə bağlı bunu deyib:

“Bilirdik ki, gərgin oyun olacaq. Hətta dünən çox qayğılı idik. Ancaq futbolçularımız bu gün xarakter göstərdilər. Üç gün ərzində iki böyük komandaya qarşı oynamaq önəmli idi. Futbolçularımızdan rahat olmalarını istəmişdik. Bəlkə də, xal qazanmalı idik. Nəriman Axundzadə ilk dəqiqələrdəki qol epizodunu dəyərləndirsəydi, başqa cür ola bilərdi. Əzmkarlığa və xarakterə görə futbolçularıma təşəkkür edirəm. Evdə 2 oyunumuz olacaq, ümidliyəm. Bu komandanın potensialı var. Belə davam etsək, daha yaxşı ola bilərik”.

Millimiz növbəti matçını noyabrın 13-də Bakıda İslandiya yığmasına qarşı keçirəcək.

Həmin kateqoriyadan