“Belə komandaya qarşı düzgün oynamalı idik”

Bu gün Bakı olimpiya stadionunun köməkçi meydanında “Araz-Naxçıvan” və “Qəbələ” klubları yoxlama oyunu keçiriblər. Allsport.az saytı xəbər verir ki, matçda “qara-qırmızılar” 1:0 qalib gəliblər. Görüşdən sonra qalik klubun baş məşqçisi Kaxaber Sxadadze bunu deyib:

“Biz çox yaxşı komandaya qarşı oynadıq. “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonu çoxdan tanıyıram. Çox yaxşı mütəxəssisdir. Belə komandaya qarşı düzgün oynamalı idik. İkinci yoxlama oyunumuzu keçirdik. İlk görüşə nisbətən bu gün daha yaxşı təsir bağışladıq.

Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yaxşı mübarizə getdi. Nəticə elə bir önəm kəsb etmir. Əsas futbolçuları yoxlamaqdır. Hər iki komanda yaxşı mübarizə apardı. Əsas odur ki, oyunda zədələnən olmadı. Keyta bu gün debüt etdi, həmçinin Akinade ikinci oyununa çıxdı. Hər iki futbolçudan razı qaldım”.

Həmin kateqoriyadan