- Baxış sayı: 41
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 145
- Dekabr 04, 2025
- 0

“Kayrat”ın oyunçusu Valeri Qromıko “Pressbol” nəşrinin hər il keçirdiyi sorğuda qalib gələrək 2025-ci ilin “Ən yaxşı Belarus futbolçusu” seçilib.
Allsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi sorğuda birinci yerə layiq görülüb.
İkinci yeri “Kairat”ın daha bir təmsilçisi Aleksandr Martinoviç tutub. Üçüncü pillədə isə 2024-cü ildə Belarusun ən yaxşı futbolçusu seçilən Sofiya MOİK-inin qapıçısı Fedor Lapouxov qərarlaşıb.
Qromıko 2024-cü ilin yayından “Kayrat”da çıxış edir. Cari mövsümdə o, klubun heyətində 40 matça çıxıb, 6 qol vurub və 11 məhsuldar ötürmə edib.