- Baxış sayı: 36
- 23 Fevral 2026 17:17
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

Fevralın 20-dən 22-dək Belarusun paytaxtı Minskdə 3-qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turniri keçirilib.
Allsport.az xəbər verir ki, 55-ci dəfə təşkil edilən yarışda sərbəst güləş üzrə milli komandanın üzvü Əbubəkr Abakarov (92 kq) uğurlu çıxış edib. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əbubəkr finalda dağıstanlı Həmzət Həsənov üzərində inamlı qələbə qazanıb – 12:5.