Belçika parlamentinin deputatı: “Qarabağ”a qarşı təxribat yolverilməzdir

“”Düdelanj” – “Qarabağ” oyunu zamanı yaşananlar qəbuledilməzdir. UEFA bu məsələdə tərəf tutmamalı və klubu cəzalandırmalıdır”. Allsport.az saytı xəbər verir ki, bunu milli.az-a Belçika parlamentinin deputatı Şövkət Təmiz deyib. Onun sözünə gorə, Qarabağ beynəlxalq hüquqda da Azərbaycanın torpağıdır:

“Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Beynəlxalq sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanınır. Azərbaycanın haqlı mövqeyi müdafiə olunur. Təəssüf ki, ATƏT Minsk qrupunun fəaliyyətindən 1994-cü ildən bu günə qədər heç bir irəliləyiş yoxdur.

Bu, bizi narahat edir. Ümumiyyətlə, idman yarışları siyasət, şiddət və təxribat fəaliyyətlərinin meydanı olmamalıdır. UEFA-dan cəsur qərar cəza gözləyirik. Həm də Azərbaycan təxribatla bağlı hərəkətə keçməlidir”

Həmin kateqoriyadan