- Baxış sayı: 12
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

“Napoli”nin yarımmüdafiəçisi Kevin de Brüyne bud əzələsinin yırtılması səbəbindən əməliyyat olunub.
Allsport.az xəbər verir ki, Antverpendə həyata keçirilən cərrahi müdaxilə uğurla başa çatıb. 34 yaşlı futbolçu reabilitasiyanın birinci mərhələsini Belçikada keçəcək.
O, bu zədəni “A” seriyasının 8-ci turunda “İnter”ə qarşı keçirilən matçda (3:1) alıb. De Brüyne 33-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açmışdı. Zərbəni yerinə yetirən zaman o, budunun arxa əzələsini dartaraq zədələnib və meydanı tərk etmək məcburiyyətində qalıb.
Kevin de Brüyne cari mövsümdə “Napoli”nin heyətində 11 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.