- Baxış sayı: 21
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0
İngiltərəli yarımmüdafiəçi Cob Bellingem Dortmund “Borussiya”sından ayrılmağı ciddi şəkildə düşünür.
Allsport.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolyeri sosial şəbəkə hesabında məlumat yayıb. Mənbənin sözlərinə görə, 20 yaşlı futbolçu məhdud oyun müddətindən narazıdır.
Mövsümün əvvəlindən bəri Bellingem bütün yarışlarda doqquz oyuna çıxıb.
Cob “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingemin kiçik qardaşıdır. Onun Dortmund klubu ilə müqaviləsi 2030-cu ilə qədərdir.