- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Torino” “Benfika”nın gənc müdafiəçisi Rafael Obradoru icarəyə götürüb.
Allsport.az xəbər verir ki, Turin təmsilçisi 20 yaşlı ispaniyalı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Razılaşmaya əsasən, “Torino”nun mövsüm sonunda onu 9-10 milyon avroya birdəfəlik transfer etmək hüququ var.
“Real Madrid”in yetirməsi olan sol cinah müdafiəçisi, karyerası ərzində “Malyorka”, “Kastilya” və “Deportivo”da çıxış edib. Obrador həmçinin İspaniyanın U-21 milli komandasının üzvüdür.