- Baxış sayı: 42
- 06 Mart 2026 22:52
- Baxış sayı: 247
- Mart 05, 2026
- 0

“Milan”ın və Əlcəzair millisinin yarımmüdafiəçisi İsmayıl Bennaser icarə əsasında “Marsel”ə keçib.
Allsport.az xəbər verir ki, müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub və Fransa klubunun İsmayılı transfer etmək hüququ var.
Bennaser “Milan”a 2019-cu ilin yayında “Empoli”dən transfer olunub. O, “rossonerilər”in heyətində 178 oyun keçirib və 8 qol vurub.