- Baxış sayı: 26
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

2022-ci il “Qızıl top” mükafatının qalibi Kərim Benzema hələ “Əl-İttihad”dakı gələcəyi ilə bağlı qərar vermədiyini və Avropadan təkliflər aldığını bildirib.
Allsport.az xəbər verir ki, 37 yaşlı hücumçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2026-cı ilin yayında bitir.
“Buradakı müqaviləm başa çatır, bu doğrudur. Qalacağımı və ya gedəcəyimi hələ deyə bilmərəm – bu, bir çox amillərdən asılıdır. Dekabrda 38 yaşım olacaq. Özümü daha iki il futbolda görürəm. Fiziki cəhətdən yaxşıyam, çox çalışıram və oynayıram, futbolu sevirəm, bundan zövq alıram.
Nə olacağını və klubun nə düşündüyünü görəcəyik. Mənim üçün ən yaxşısı burada qalmaqdır, amma sadəcə bir-iki il qalmaq xatirinə deyil. Bunu edə bilmərəm. İnanıram ki, Səudiyyə Ərəbistanında futbolun səviyyəsi daim inkişaf edir. Üç ildir ki, buradayam və daim inkişaf edir.”