Benzema sıradan çıxdı

“Əl-Hilal”ın hücumçusu Kərim Benzema bud nahiyəsindən zədə alıb.

Allsport.az xəbər verir ki, fransalı forvard son məşq zamanı əzələsini zədələyib.

38 yaşlı futbolçunun Səudiyyə pro-liqasının 10-cu turunda “Əl-Taavun”la oyunda iştirakı sual altındadır. Benzemanın zədəsinin dərəcəsi və bərpa müddəti bu gün, fevralın 24-də keçiriləcək tibbi müayinədən sonra bəlli olacaq.

Həmin kateqoriyadan