- Baxış sayı: 24
- 14 Dekabr 2025 23:03
- Baxış sayı: 161
- Dekabr 14, 2025
- 0

Kərim Benzema, “Real Madrid”dən Səudiyyə Ərəbistanına keçib və fransalı futbolçu burada xoş qarşılanıb.
Allsport.az xəbər verir ki, Kərimin “Əl İttihad”ın oyunçusu kimi təqdimatına 62 min azarkeş gəlib. Benzema azarkeşlərə hücumçunun keçən il aldığı “Qızıl top”u göstərib.
Klub işçiləri xüsusi olaraq təqdimat üçün əsl sənət əsəri yaradıblar – imzası olan sarğı ilə Benzemanın nəhəng əli. Fransızın məşhur sarğısı “Əl İttihad”ın rənglərində təsvir edilmişdir.
Benzema Səudiyyə Ərəbistanına pula görə deyil, həmişə müsəlman ölkəsində yaşamaq arzusunda olduğu üçün köçdüyünü bildirib.


