- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın keçmiş qapıçısı Əsmir Beqoviç burda oynadığı vaxtdan danışıb. Allsport.az xəbər verir ki, 34 yaşlı qolkiper “Daily Echo”ya müsahibəsində bunu söyləyib:
“”Qarabağ”da keçirdiyim dövrü heç vaxt unutmayacağam. Bu klubda çempionluq qazandım. Orada həqiqətən də hər şey yaxşı idi. Dürüst olsam, deyə bilərəm ki, həyatımın ən yaxşı təcrübələrindən biri idi. “Qarabağ”da inanılmaz 3 ay keçirdim.
Mən risk etdim. Bu kluba keçəndə itirəcəyim heç bir şey olmadığını düşündüm. Özümə sual verdim ki, niyə gedib fərqli bir şey yaşamayım? Bu qədər vaxtdır İngiltərədə idim. Xaricdə futbol karyerası yaşaya bilməzsən?”
Bosniyalı əlcək sahibi “Qarabağ”ın Avropa klubları səviyyəsində futbol oynadığını söyləyib: “Qarabağ”da çıxış etmək maraqlı idi. Çünki onlar Avropa səviyyəsində futbol oynayırdı. Azərbaycan premyer liqası haqqında bacardığım qədər məlumat toplamağa çalışdım. Elə məni təəccübləndirən əsas şey də bu çempionatdakı oyun səviyyəsi idi.
Çempionluq mübarizəsindəki əsas rəqibimiz “Neftçi” ilə gərgin matçlar keçirirdik. Komandadakı çıxışımı çempion olaraq başa vurdum və Azərbaycan kubokunun yarımfinalına da vəsiqə qazandıq. Avropa liqasında oynamaq heyrətamiz idi. Bakıda “Sevilya” və APOEL-ə qarşı tam dolu stadionda çıxış etdik. Təxminən 30 min nəfərlik azarkeş toplaşmışdı. Demək olar ki, boş yer yox idi”.
İngiltərə təmsilçisi “Bornmut”un qapıçısı olan Beqoviç 2019/2020 mövsümünün ilk yarısında “Qarabağ”da çıxış edib.