- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 782
- Mart 30, 2026
- 0

“Qarabağ”ın qapıçısı Əsmir Beqoviç Ağdam təmsilçisindən ayrılır.
Allsport.az xəbər verir ki, icarə müddəti yanvarın 1-dək olan 32 yaşlı qolkiper müqavilə ilə məxsus olduğu İngiltərənin “Bornmut” klubuna dönəcək. Məlumatı açıqlamasında Beqoviçin özü də təsdiqləyib: “Bu müddət başa çatandan sonra İngiltərəyə dönəcəm. Burada uzun müddət qalmaq istərdim. Amma bu, iki klub arasında olan məsələdir”.
“Qarabağ” Avropa Liqasının qrupunda qaldığı üçün Beqoviçlə müqaviləni uzatmamaq qərarına gəlib.