- Baxış sayı: 28
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 57
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasının XV turu daha bir legionçu baş məşqçinin debütü ilə əlamətdar olub.
Allsport.az xəbər verir ki, Vasili Berezutski “Sabah”da debüt edib. Rusiyalı mütəxəssisin baş məşqçisi olduğu komanda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.
Berezutski Azərbaycan çempionatları tarixində 65-ci legionçu çalışdırıcı olub.
Berezutski premyer liqada 5-ci rusiyalı baş məşqçidir. Ona qədər Sergey Yuran “Simurq”da, Yuri Syomin “Qəbələ”də, Murad Musayev “Sabah”da çalışıbsa, Qurban Berdıyev hazırda “Turan Tovuz”a rəhbərlik edir.