Bertrand Krasson: “Qarabağ”la görüş başdan sona qədər rəqibin istədiyi tempdə keçdi

“Məndən əvvəlki baş məşqçi daim axtarışda olub. Təbii ki, nəticə vacibdi. Ancaq o mənə çox yaxşı kollektiv buraxıb”. Allsport.az saytının məlumatına görə, bunu “Düdelanj”ın baş məşqçisi Bertrand Krasson deyib. 48 yaşlı mütəxəssis ölkəsi Belçika mətbuatına açıqlamasında “aslanlar”ın çıxışını dəyərləndirib. O, qitə liqasının “A” qrupunda oyunlarına da münasibət bildirib:

“APOEL-lə Kiprdəki oyunu əsl cəsarət kimi xarakterizə edərdim. İnanılmaz və tarixi bir hadisə idi. Bunu daim xatırlayacam. Mənim üçün uğurlu debüt oldu. Ancaq davamını evdə gətirə bilmədik, “Qarabağ”a məğlub olduq. Həmin matç isə başdan sona qədər rəqibin istədiyi tempdə keçdi. İndi “Sevilya” ilə ardıcıl iki oyunumuz olacaq. Hamı hər iki matçda məğlub olacağımızdan əmində. Rəqibin gücünə baxmayaraq, meydana çıxıb layiqli mübarizəmizi aparacağıq. Ancaq etiraf etməliyəm ki, bizim üçün prioritet hədəf çempionatda vəziyyətimizi yaxşılaşdırmaqdı. Burda ən yaxşısını etməyə çalışıram”.

Xatırladaq ki, ilk turda səfərdə APOEL üzərində 4:3 hesablı qələbə qazanan “Düdelanj” növbəti görüşdə öz meydanında “Qarabağ”a böyük hesabla (1:4) yenilib.

Həmin kateqoriyadan