- Baxış sayı: 71
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0

Türkiyənin paytaxtı Ankarada uşu üzrə beynəlxalq ipək yolu açıq balkan turniri keçirilir. Allsport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Amal Məmmədov (40 kq), Elmir Əliyev (40 kq), Bahadur Əhmədov (56 kq), Rüfət Ramazanlı (60 kq) və Hüseyn Şimiyev (85 kq yuxarı) finaladək bütün rəqiblərini məğlub edərək qızıl medal uğrunda mübarizəni təmin ediblər. Mehdi Salamov (70 kq) isə yarımfinal mərhələsinə vəsiqə qazanaraq birincilik uğrunda döyüşəcək.
Komandamız yarışda məşqçi Rəşad İsayevin rəhbərliyi altında mübarizə aparır.