“Beşikdaş”a rədd cavabı

“Beşikdaş” qış transfer pəncərəsi dövründə “Mançester Yunayted”in qapıçısı Altay Bayındırı heyətinə qatmağa çalışsa da, bu keçid baş tutmayıb.

Allsport.az xəbər verir ki, İngiltərə klubu türkiyəli qolkiperi buraxmaqdan imtina edib.

“Mançester Yunayted” rəhbərliyi ehtiyat qapıçı variantlarını qorumaq məqsədilə Altayı komandada saxlamağa qərar verib. “Old Trafford”da keçirdiyi üç ilə yaxın müddətdə cəmi 17 matçda meydana çıxan 27 yaşlı qapıçı, hazırda Senne Lammensdən sonra ikinci seçim hesab olunur.

Həmin kateqoriyadan